Növbəti köç karvanları Xıdırlı, Hadrut və Qırmızı bazara çatdı

saytların hazırlanması

Evə çatdırılma

Növbəti köç karvanları Xıdırlı, Hadrut və Qırmızı bazara çatdı

Sosial

17 Dekabr 2025 14:08 296


Ağdam rayonunun Xıdırlı kəndinə köç karvanı yola salınıb.

"Yeni Sabah" xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Pepperoni pizza

Bu gün həmçinin yola salınan növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb. Köçdə 6 ailə (26 nəfər) olub.

Bundan əlavə, Qırmızı bazar qəsəbəsinə yola salınan köç də ünvana çatıb. Bu gün 18 ailə olmaqla 90 nəfər doğma yurduna qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!