Novella Cəfəroğlu: “BNA-nın sədri Vüsal Kərimlinin hər şeydən xəbəri var, hamısı getməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Novella Cəfəroğlu: “BNA-nın sədri Vüsal Kərimlinin hər şeydən xəbəri var, hamısı getməlidir”

Maraqlı

02 Avqust 2023 11:25 1887


“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirirsə, sözsüz ki, məzuniyyətdə olan sədr özü maraqlı olmalıdır ki, qurumumda yoxlama gedir, mən orada olmalıyam. Bəzi məsələlərə dair Vüsal Kərimlinin özü açıqlama verə bilər. BNA-nın sədridirsə, bir material da onun “qol”u olmadan gedə bilməz. Vüsal Kərimlinin qurumda olması vacibdir. Sədr məzuniyyətdən geri çağırılmalı idi. Ağır xəstədirsə, xəstəxanada yatırsa, bu, ayrı məsələdir”.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, BNA-da hər şeyə sədr cavabdehdir: Toyuqlu pizza

“BNA-da korrupsiya aşkarlayıblarsa, onda sədrlə birgə “balacalar”ın hamısı getməlidilər. Qurumda olan işlərə hamısı cavbdehdirlər”.

N.Cəfəroğlu ötən il Hesablama Palatası tərəfindən BNA-da milyonların mənimsənildiyinin aşkarlanması, buna baxmayaraq, Vüsal Kərimlinin hələ də vəzifədə saxlanılması barədə iradları isə belə cavablandırıb:

“Korrupsiya aşkarlandığı halda sədr açıqlama verirsə ki, “mənim bundan xəbərim yoxdur”, imzam yoxdur”, onda bu, ayrı söhbətdir, onda sədri saxlaya bilərlər. Təkcə Azərbaycanda yox, heç yerdə sədrsiz korrupsiya gedə bilməz. Əlbəttə, Vüsal Kərimlinin hər şeydən xəbəri var. Hamısı getməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!