Novruz Məmmədov istefa verir -   Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədov istefa verir - Rəsmi

Siyasət

08 Oktyabr 2019 08:00 3996


Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək.

"Yeni Sabah" “Report”a istinadən  xəbər verir ki, məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək. pizza sifarişi

İclasda daha 13 məsələ də müzakirə ediləcək.

Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Azərbaycanın hazırki Baş Naziri Novruz Məmmədovdur. O, 2018-ci il aprelin 21-dən bu postdadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!