Novruz Məmmədov postundan niyə getdi? –   Bacarıqsızlıq, yoxsa...

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədov postundan niyə getdi? – Bacarıqsızlıq, yoxsa...

Siyasət

08 Oktyabr 2019 13:34 5570


Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad olunması onun Nazirlər Kabinetinin fəaliyyətində dinamiklik yarada bilməməsi ilə bağlıdır. 

Yenisabah.az xəbər verir ki, “Rasizadə epoxası”na son qoyulması ictimai rəydə axsaq faəliyyəti ilə bir qurum kimi ciddiyyətini itirmək üzrə olan Nazirlər Kabineti və Baş nazir postunu “dişli” təsisata çevirmək, hökumətin həyata keçirdiyi sosial-iqtisadi islahatlara uyğun olaraq faəliyyətində dinamikliyin artırılması məqsədi daşıyıb. Novruz Məmmədovun odioz və cəmiyyətin narazı olduğu məmurlar kateqoriyasına daxil olmaması, mediaya açıq olması onun Baş nazir olmaq şansını artıran amillərdən idi.

Hələ vitse-prezidentlik institutu yarananda Nazirlər Kabinetinin artıq əhəmiyyətini itirdiyi barədə iddialar səsləndirilirdi. Belə ehtimallar var idi ki, vitse-prezidentlərin təyinatından sonra ümumiyyətlə, bu qurum ləğv ediləcək. Fəqət, hakimiyyət bu addımı atmadı. Novruz Məmmədovun təyinatı ilə Nazirlər Kabinetinin “update” edilməsinə start verildi.  pizza mizza

Gözlənilirdi ki, yeni Baş nazir sələfindən fərqli olaraq Nazirlər Kabinetinin çevik fəaliyyətini təşkil edəcək. Ekspertlər bildirirdi ki, artıq cəmiyyət fərqli Nazirlər Kabineti görəcək. Bu həm də hakimiyyətin 2018-ci ildən sonra başlatdığı islahatlar kampaniyasının tərkib hissəsi hesab edilirdi. Bu baxımdan Novruz Məmmədovun fəaliyyəti həm də islahatlar kampaniyası ilə bağlı cəmiyyətin müəyyən təbəqələrində olan şübhələri darmadağın etməliydi. Amma bütün bunlar baş vermədi. 

Novruz Məmmədov elə ilk gündən Artur Rasizdədən fərqlənməyəcəyi barədə rəy yaratdı. Nazirlər Kabineti daha da sönük quruma çevrildi.  Bu azmış kimi Novruz Məmmədov cəmiyyətdə narazılığa səbəb olan qərarlar imzalamağa başladı. 

Nümunə olaraq meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydalarına edilən dəyişikliyi göstərmək olar. Novruz Məmmədovun bununla bağlı imzaladığı qərar “Giləmeyvə qalmaqalı” kimi yadda qalıb. Qərarda  meşələrdən yığılan meyvələrə görə müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulurdu. 

Böyük narazılığa səbəb olan həmçinin hakimiyyətin reputasiyasına zərbə vuran bu qərar sonradan ölkə başçısının göstərişi ilə ləğv olundu. Həmin vaxt hətta Novruz Məmmədovun istefaya göndəriləcəyi iddia edilirdi. Bununla da artıq Novruz Məmmədovun Baş nazir kimi özünü doğrultmadığı aydın olmağa başladı. 

Faktiki olaraq Nazirlər Kabinetinin funksiyasını Prezident Administrasiyası yerinə yetirməyə başladı və əlbəttə ki, bu belə davam edə bilməzdi. 

Novruz Məmmədovun məşhur müsahibəsi isə son hədd sayıla bilər. Müsahibəni məşhur edən onun Prezidentin Baş nazir postu təklifinə “bacarmaram” deməsi olub. Bu müsahibənin üzərindən düz 1 ay keçəndən sonra Novruz Məmmədov bacarmadığı işdən azad edildi...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!