Novruz Məmmədov su ilə bağlı qayda təsdiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədov su ilə bağlı qayda təsdiq etdi

Sosial

05 May 2019 16:30 1726


Baş Nazir Novruz Məmmədov “Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası”nı təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, qayda respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi qaydasını müəyyən edir.
Qaydaya görə, respublika üzrə illik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır və su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması, suların dövlət uçotunun təkmilləşdirilməsi, sudan ödənişli istifadə və onun təyinatı sxeminin aydınlaşdırılması, su təsərrüfatının idarə olunmasında effektivliyin artırılması, bu sahədə xidmət göstərən subyektlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması və daha çevik tarif (qiymət) tənzimlənməsi üçün istifadə edilir.
Qaydanın digər tələbinə görə, “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”na uyğun olaraq tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il avqust ayının 15-dək təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilir.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!