Baş nazir Novruz Məmmədov Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə sərəncam imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiya yaradılıb. Komissiyaya tapşırılıb ki, hadisənin səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.
Komissiyanın sədri Dördpendirli pizza
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı
Telegram kanalımız