Bayram tətillərin sevinc kimi, qayğıları da var. Barmaq qoymağa yer olmayan süfrədəki ləziz təamların hər birini dadma artıq çəki və s. problemlər yaradır.
Yenisabah.az-a danışan dietoloq Sevinc Həsənzadə Novruz bayramında bunu necə adlamağa dair tövsiyəsini verib:
“Bayramda süfrələrdə şirniyyat və yağlı yeməklər çox olur. Ən əsası yeməkləri bir-birinə qatmamalıyıq. Xüsusilə, axşamlar mal əti əvəzinə toyuq, balıq və s. rahat həzm olunan qidalara üstünlük verməliyik. pizza
Şəkərli diabeti olan xəstələrimiz, pəhrizdə olan pasiyentlərimiz var, onlar yemək rejimini bayram xatirinə 2 günlük belə pozsa, bu həm sağlamlıqlarına, həm də əhval-ruhiyyəyə mənfi təsir göstərir.
Bir həkim olaraq məsləhət odur ki, insanlar nəfsinə hakim ola bilməsə belə, çalışsın ki, səhərlər şəkərbura, paxlavanı çay içməklə yesinlər. Plovu axşama saxlamasınlar. Kabab və salatları da axşama qədər bitirsinlər”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız