Nüşabə: Toyda pul verəndə kamera qarşısında oynatmayın

saytların hazırlanması

Evə çatdırılma

Nüşabə: Toyda pul verəndə kamera qarşısında oynatmayın

Şou

23 Aprel 2025 10:05 303


Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Şəbnəm Tovuzlunun toyların birində ona verilən bəxşişi nümayiş etdirməsi məsələni münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb: 

“Bu məclislərin də müəyyən qonorarı var. Əlavə olaraq toyda nəsə bağışlayırlar. Vaxtı ilə mənə də qızıllar bağışlayıblar. O vaxt göstərməmişik. Göstərəndə də nə olar ki?! Mən belə şeyə pis baxmıram. Həm də təqdim etməyin forması var. Məsələn, mənə toyda pul verən kimi əlimdə sıxıram ki, görünməsin. Daha sonra köməkçim gəlir, ona verirəm. Sezar pizza

Mən o pulu əlimdə sağa-sola nümayiş etdirmirəm. Yəqin ki, sırf bu tamaşaçıları qıcıqlandırır. Sadəcə toyda pul veriləndə kamera qarşısında oynatmayın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!