Nyu-Yorkda (ABŞ) "Federal Plaza" binasının qarşısında bir kişi naməlum maye töküb, fişənglər atıb və yanğın törədib.
"Yeni Sabah" xəbər verir ki, faktla bağlı Nyu-York polisi araşdırma aparır.
Qeyd olunub ki, binada federal immiqrasiya məhkəməsi, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) ofisləri və miqrantların müvəqqəti saxlama mərkəzi yerləşir. Sezar pizza
Telekanalın məlumatına görə, insident nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Hakimiyyət orqanları baş verənləri "hökumətə qarşı hücum" kimi araşdırır. FTB rəhbəri Keş Patelin məlumatına görə, şübhəli şəxs saxlanılıb, ondan pnevmatik tapança götürülüb./Report
Telegram kanalımız