“O “qurdlar” iqtidarı qurbana çevirəcək” – Qüdrət Həsənquliyev

saytların hazırlanması

Evə çatdırılma

“O “qurdlar” iqtidarı qurbana çevirəcək” – Qüdrət Həsənquliyev

Siyasət

27 Mart 2019 12:38 1309


“İslahatlar üçün ilk növbədə insanlara orta əsrləri xatırladan, qanunsuzluq və özbaşınalıq simvolu kimi göz önünə gələn kadrlardan qurtulmaq lazımdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, həmin kadrlarla aparılan islahatların yekunu qurdla quzunun dostluğunun sonu kimi qurtaracaq. Deputat deyir ki, bu şəxslərdən qurtulmağın nə qədər çətin bir iş olduğunu da bildiyindən, xilas olmağın bir yolunu da onlara sərəncam səlahiyyəti olmayan daha yüksək seromonial vəzifələrin verilməsində görür: “İqtidar onları real hakimiyyətdən uzaqlaşdıra bilməsə əminliklə deyə bilərəm ki, şəbəkələşmiş, xarici dəstəyi və böyük vəsaitləri olan həmin “qurdlar” iqtidarı yaxın gələcəkdə sonu heç də yaxşı görünməyən siyasətin qurbanına çevirəcək”.

İslahatlardan danışan Q. Həsənquliyev hesab edir ki, hakimiyyət komandası, islahatlar naminə, daha geniş ictimai dəstəyə nail olmalı, xalq hərəkatının iştirakçısı olmuş təcrübəli və bacarıqlı kadrlarla gücləndirilməlidir: “Bu həm də hakimiyyətə susamış, bu məqsədə çatmaq üçün hər cür təxribatlara hazır olan barışmaz və radikal müxalifətin sıralarını seyrəldəcək, onları ciddi ictimai dəstəkdən məhrum edəcək. Daxili və xarici təzyiqlərə, təxribatlara qarşı dayanmaq üçün bu çox vacibdir. Bu zaman, təhqirə yol verməklə insanlıq xəttini keçmişlər istisna olmaqla, həmin şəxslərin zamanla iqtidarı necə sərt tənqid etməsinə yox, onların nə dərəcədə peşəkar və əməkdaşlığa nə qədər hazır olmalarına diqqət yetirilməlidir”.  Dominos pizza

O həmçinin kadr, instisional və struktur islahatları ilə yanaşı məhkəmə-hüquq və iqtisadi islahatlar paralel olaraq aparılmasını vacib hesab edib: “Növbəti mərhələdə isə siyasi islahatlara gedilməli, hökumətin fəaliyyətinə parlament nəzarətini təmin etmək üçün Milli Məclisə növbəti seçkilər proporsional əsasda keçirilməli, qanunla ən çox səs toplamış partiyadan sonra ikinci və üçüncü yerləri tutmuş partiyaların topladıqları səsdən asılı olmayaraq fraksiya yaratmaq hüququ təsbit olunmalı, ölkə xalqımızın mentaliteti nəzərə alınaraq 2025-ci ildən gec olmayaraq parlamentli respublika modelinə keçməlidir.

Hakimlər ömürlük təyin olunmalı, onlar da Prezident kimi yalnız ağır cinayət törətdikdə vəzifələrindən kənarlaşdırılmalı, Məhkəmə Hüquq Şurasının Sədri və həlledici səs hüquqlu üzvləri hakimlər olmalıdır. Vətəndaşlara məhkəmələrə və qanunlara hörmət ruhu aşılamaq üçün andlı iclasçılar institutu bərpa və tətbiq olunmalı, hakimlərə onların layiqli həyatını təmin edəcək səviyyədə yüksək əmək haqqı verilməlidir. Bunlar edilmədən müstəqil və güclü məhkəmə hakimiyyətinə nail olmaq mümkün deyil. Məhkəmələrdə süründürməçiliyə son qoyulması üçün qanunla yuxarı instansiya məhkəməsinin işi təkrar baxılması üçün aşağı instansiya məhkəməsinə göndərmək hüququ aradan qaldırılmalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!