Ofeliya Sənani: “AzTV-də deyirdilər ki, sən get, biz gələk”

saytların hazırlanması

Evə çatdırılma

Ofeliya Sənani: “AzTV-də deyirdilər ki, sən get, biz gələk”

Şou

01 Sentyabr 2025 12:40 494


Xalq artisti Ofeliya Sənani televiziya aparıcılarından gileylənib.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə o, “Həftənin qonağı” verilişində danışıb.

Ofeluya Sənani deyib ki, AzTV-dəki intriqalardan danışıb: Dördpendirli pizza

“35 il Azərbaycan Dövlət Televiziyasında işlədim. Orada rəqabət, intriqalar həddindən artıq güclü idi. Artıq 35 yaşım olanda gənclər üzümə deyirdi ki, əl çək, imkan ver, biz də işləyək. Gülürdüm, keçirdim, zarafata salırdım.

Mənə elə deyənlər indi yoxdurlar, tez getdilər, səbirləri çatmadı. Elə vaxt olub ki, verilişə qohumumun, əzizimin, hətta anamın yasından çıxıb getmişəm. Verilişdə özümü tamamilə dəyişirdim. Xalqın nə təqsiri var?! Mən niyə özümü qəmgin göstərməliyəm, əhvalımı tamaşaçıya aşılamalıyam? Tamaşaçının az dərdi var?!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!