Oğlanlar niyə qız kimi böyüyür? - “Hətta boşanmamış ailələrdə də...”

saytların hazırlanması

Evə çatdırılma

Oğlanlar niyə qız kimi böyüyür? - “Hətta boşanmamış ailələrdə də...”

Sosial

17 Dekabr 2022 12:50 9159


Bir neçə gün öncə Milli Məclisin deputatı Tahir Kərimli “bu gün oğlanlar qız kimi böyüyür” fikri ilə müzakirələrə səbəb oldu. Millət vəkili bunun səbəbini məktəbdə kişi müəllimlərin az olması ilə əlaqələndirdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova bunun məktəblə heç bir əlaqəsi olmadığını deyib. O, əsas səbəb kimi ailəni göstərib:

“Əgər məsələyə psixoloji nöqteyi-nəzərdən yanaşsaq, 20 il bundan öncə də məktəb kollektivini xanımlar təşkil edirdi, bu gün oğlanların qız kimi rəftar etməsi, qız oyuncaqlarını sevməsi və qız tipində olmasının səbəbi evdə ata modelinin düzgün formalaşmaması, ata modelinin olmaması qarşılığında əmi, dayı, baba modelinin də olmamasıdır.  pizza mizza

Bu gün oğlanlarımız hətta boşanmamış ailələrdə belə ata modelini görmürlər. Ata səhər çıxır gecə gəlir, evdə ata anlayışı, zəhmi, ata ilə vaxt keçirmək yoxdur. 

Sual edə bilərsiniz ki, bu əvvəl də belə idi, indi fərq nədir? Əvvəllər ata ilə ananın münaqişəsindən, onların bir-birinə olan rəftarından, ailədə olan durumlardan övladların indiki dərəcədə xəbəri olmurdu və bu onlara psixoloji təsir etmirdi. İndi isə oğlanlar anaya bir növ empatiya qurmağa, ana ilə dost olmağa, onun dərdinə şərik çıxmağa çalışırlar. Ona görə də daha çox “qadını anlama rejimi”ndə böyüyürlər. 

Amma bu o demək deyil ki, həmin oğlan uşaqları böyüyüb normal model, ailəcanlı kişi olacaq, xeyr, onlar travmalı olurlar. Daha sonra həmin travmalı uşaqlar buna görə öz həyat yoldaşları ilə problem yaşayırlar. Bu gün oğlan uşaqlarının kişi kimi böyüməsinin zəmnini məktəbdə yox, ailədaxili münasibətlərdə axtarmaq lazımdır. Bunu oğlanlara məktəb yox, ata, dayı, əmi təmin etməlidir”.

Psixoloq oğlan övladlarında “qız davranışları” hiss edən valideynlərin hansı addımları atmalı olduğunu da açıqlayıb:

“Əgər uşağın 3-4 yaşı olduqda valideyn hiss etsə ki, oğlu ancaq qız oyuncaqlarına meyllidir, o zaman uşağı psixoloqa aparmaq lazımdır. Artıq 12-13 yaşına çatan oğlanları isə həkimə apararaq yoxlama məqsədilə testestron, estradiol və digər  hormonlarla bağlı analiz verilməlidir. Bununla valideyn öyrənəcək ki, onun oğlunda kişilik hormonları normal inkişaf edir, ya yox. Bəzən elə olur ki, davranışlar uşağın özündən asılı deyil, hormonlarında problem yaşanır. Buna görə isə endokrinoloqa müraciət etmək lazımdır”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!