Oğru hadisə yerindən qaçmaq istədi - Mühafizə polisləri havaya atəş açdılar

saytların hazırlanması

Evə çatdırılma

Oğru hadisə yerindən qaçmaq istədi - Mühafizə polisləri havaya atəş açdılar

Kriminal

09 Mart 2020 15:06 721


Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi günün istənilən saatı etibarlı şəkildə qorunur. 

"Yeni Sabah"a daxil olan məlumata görə, Xəzər rayonu Albalılıq bağlar massivində yerləşən Zöhrə Mahmudovaya məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Qeyd edilən bağ sahəsi Xəzər rayonununda yerləşsə də, ərazi üzrə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər bir nəfərin həyətdəki yardımçı otaqda yerləşən kombi aparatını oğurlanmaq istədiyinin şahidi olublar. Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışıb. Mühafizə polisləri tərəfindən təqib edilən şübhəli şəxs dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq qonşuu bağ sahələrinin də həyətinə daxil olaraq ərazidən uzaqlaşmağa çalışıb. Bu səbəbdən idarənin tutucu qrupunun üzvü cinayəti törədən şəxsi yaxalamaq üçün üzərindəki “Makarov” markalı tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb və bundan sonra həmin şəxsi saxlamaq mümkün olub. Ərazi üzrə  Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə təhvill verilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Masallı rayon sakini Əliyev Rasim Nəhmət oğlu olduğu məlum olub. Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda 5 bağ evi və 1 iaşə obyektindən məişət əşyaları, təmir-tikinti alətləri və inşaat materialları oğurladığı məlum olub.  Sezar pizza

Rasim Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!