“Oğurladıqlarınız burnunuzdan gəlsin, kəfən pulunuz olsun”.  - İcra başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Oğurladıqlarınız burnunuzdan gəlsin, kəfən pulunuz olsun”.  - İcra başçısı

Maraqlı

30 Avqust 2023 17:46 997


Prezident Ərdoğanın fərmanı ilə Yalova valisinin müavini təyin edilən Konyanın Seydişehir icra başçısı Deniz Pişkin sosial şəbəkədə hər kəsi şoka salan paylaşım edib. 

Belə ki, D.Pişkin ad çəkmədən rayondakı bəzi məmurları dindən sui-istifadədə və oğurluq etməkdə günahlandırıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət sonra sözügedən paylaşımını silən Pişkin bunu öz istəyi ilə etdiyini açıqlayıb.  Toyuqlu pizza

O sildiyi paylaşımda sərt ittihamlar səsləndirib: 

"Bəziləri oğrudur, amma arsız deyil. Onlar oğurluq edərkən yaxalananda çox vaxt utanırlar, üzləri qızarır, başları aşağı əyilir, səsləri eşidilmir. Bəziləri isə həm oğru, həm də arsızdır. Onları oğurluq edən yerdə tutsan da günahkar sən olacaqsan. Bu şəxslərdə nə abır, nə də həya var. Bu hisslər onlarda tamamilə sıfırlanır. Saqqallarını sığallayaraq “Əlhəmdülillah, şükürlər olsun” deyərək onun-bunun malını yeməklə məşğuldurlar. Kənardan baxsanız, onların hamısının imanlı şəxslər olduğunu düşünərsiniz. Amma onlar dünya malına həris olan, nəfsinə hakim ola bilməyən insanlardır. Xüsusən də onların arasında müqəddəs dini dəyərlərimizin arxasında gizlənərək oğurluq edənlər var ki, onlar mənim gözümdə münafiqlərdən də aşağıdırlar!  Oğurladıqlarınız burnunuzdan gəlsin, kəfən pulunuz olsun”. 

Əsmətxanım 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!