Oğurluqla məşğul olan qadın saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Oğurluqla məşğul olan qadın saxlanılıb

Kriminal

13 İyun 2019 15:07 1245


Oğurluqla məşğul olan şəxslərin aşkarlanaraq tutulması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildiriblər ki, iyunun 7-də M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Cari il yanvarın 2-də paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Cəfərov isə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanılıb. Toyuqlu pizza

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!