Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Hadisə

23 Noyabr 2019 17:35 1285


Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yonun Oğuz rayonu Calut kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes”markalı, “90-OG-170” dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan 2 nəfər, rayonun Bayan kənd sakininləri - 1997-ci il təvəllüdlü İbrahim Akif oğlu Ağayev və 1995-ci il təvəllüdlü Ülvi Mahir oğlu Bayraməliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Toyuqlu pizza

Xəstəxanadan bildirilib ki, yaralılara ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır. /APA

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!