Öldürülən şəxs Rəşad Dağlıya “üzdəniraq” deyib? - Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Öldürülən şəxs Rəşad Dağlıya “üzdəniraq” deyib? - Şok iddia

Kriminal

09 Noyabr 2022 14:51 1736


Tanınmış meyxanaçı Rəşad Dağlının törətdiyi qətllə bağlı yeni faktlar üzə çıxıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, meyxanaçı son olaraq dünən gecə “Monte Karlo” şadlıq evində keçirilən toyda iştirak edib.

Toyda Rəşad həmkarları ilə narkotik vasitələrin yayılması əleyhinə olan meyxanalar deyib. O, toydan çıxdıqdan sonra yaşadığı Yasamal rayonuna gedib və barəsində xoşagəlməz sözlər deyən qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi görüşə çağırıb. Rəşad Dağlı həmin şəxsi avtomobilinə əyləşdirərək Lökbatan qəsəbəsi istiqamətinə aparıb, məlum qətl baş verib. Bildirilir ki, İ.Mehdiyev əvvəllər dəfələrlə Rəşad Dağlıdan pul tələb edib. O, həmçinin meyxanaçı barədə bir neçə dəfə xoşagəlməz sözlər işlədib. Dördpendirli pizza

Hüquq-mühafizə orqanındakı mənbə bildirir ki, bir neçə gün əvvəl İ.Mehdiyev Rəşad Dağlının ünvanına “onu içəridə üzdəniraq kimi tanıyırlar” kimi ifadələr də işlədib. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmiş İ.Mehdiyev meyxanaçının ifasında səsləndirdiyi fikirlərə və sözlərə qarşı təhqirə yol verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!