Türkiyənin Bursa şəhərində gənc futbolçu yol qəzasında həyatını itirib.
“Yeni Sabah” xəbər verir ki, Mudana kəndində məktəb avtobuslarından birinin sürücüsü sükana nəzarəti itirib. Nəticədə avtobus səkidə dayanan şagirdləri vurub. Hadisə nətiəsində ağır yaralanan 15 yaşlı futbolçu İsgəndər Şimşək xəstəxanada həyatını itirib.
Türkiyənin həvəskarlar liqasında qapıçı olan İsgəndər Şimşəkin iki il öncəki paylaşımı isə hər kəsi kədərləndirib. O, sosial şəbəkədəki hesabında bu sözləri yazıb: "Anama sözüm var. Onu villalarda yaşadacağam". pizza
Qeyd edək ki, İsgəndər Şimşək həvəskarlar liqa təmsilçisi "Nilüfər Altınşəhər Gənclik və Spor" klubunda çıxış edirdi.


Telegram kanalımız