İsrail qüvvələrinin zərbə endirdiyi yerdə İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") heç bir üzvü olmayıb.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər.
İsrail ordusu dünən Livanın paytaxtı Beyruta hava zərbələri endirib. Bir sıra KİV İsrail ordusuna istinadla Beyrutun cənubunda İsrail qüvvələrinin hədəf aldığı ərazidə bəzi iranlı hərbi müşavirlərin də olduğunu bildirib. pizza hut
İrandakı məlumatlı mənbələr bildiriblər ki, bu iddialar yalandır və həmin yerdə "Sepah"ın heç bir üzvü olmayıb”.
Livanın Səhiyyə Nazirliyi hücum nəticəsində ən azı 12 nəfərin öldüyünü, 66 nəfərin isə yaralandığını bildirib.
Ölənlər arasında beş uşaq da var.
Telegram kanalımız