Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

saytların hazırlanması

Evə çatdırılma

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Sosial

29 May 2019 11:50 1259


Yeni tədris ilindən UNEC-i seçən Beynəlxalq olimpiada və Respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində 100 AZN məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər.

“Yeni Sabah” xəbər verir ki, olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-də təhsil alan birinci kurs tələbələri də xüsusi təqaüdə layiq görülürlər. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində “ikinci əlaçı təqaüdü” verilir.

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, Beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, Respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!