Olimpiadanın final mərhələsinin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Olimpiadanın final mərhələsinin vaxtı açıqlandı

Sosial

23 May 2019 08:19 1007


Olimpiadanın final mərhələsinin vaxtı açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, mayın 25-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçiriləcək.

Məktəb-Lisey Kompleksində mərkəzləşdirilmiş qaydada təşkil ediləcək olimpiadanın final mərhələsində Bakı şəhərinin ümumi təhsil məktəbləri üzrə 1 621 məktəblinin iştirakı nəzərdə tutulub. pizza sifarişi

V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının ilk turunda olduğu kimi, final mərhələsində də şagirdlərə bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) veriləcək.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!