Ölkədə seçki olacaq? - Vahid siyahı hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə seçki olacaq? - Vahid siyahı hazırlanır

Maraqlı

10 Yanvar 2022 14:34 1233


Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 18 milyon 469 min 693 manat ayrılıb. Bu vəsaitin 5 milyon 798 min 583 manatı 2022-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsinə xərclənəcək.

Yenisabah.az xəbər verir ki, seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanmalıdır.

Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılacaq. pizza mizza

Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək.

Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.(APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!