Omikronu aşkarlayan texnologiya hazırlandı

saytların hazırlanması

Evə çatdırılma

Omikronu aşkarlayan texnologiya hazırlandı

Maraqlı

29 Dekabr 2021 09:47 690


Koronavirusun yeni ştamı “Omicron”un aşkarlanması və müalicəsi üçün texnologiya hazırlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Koronavirusla mübarizə ilə bağlı keçirilən iclasda danışan Muraşko qeyd edib ki, “Omicron”la bağlı qərar veriblər: pizza mizza

“Cənubi Afrikadan qayıdan ekspert qrupumuz Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyinin və federal qurumların mütəxəssisləri ilə birlikdə “Omicron”a yoluxmuş şəxslərə necə tibbi yardım göstərməyə tam qərar veriblər”.

Muraşko əlavə edib ki, rusiyalı mütəxəssislər xəstəliyin gedişatını tam tədqiq edir və lazımi laborator müayinələr aparır.

"Hazırda diaqnostika, müalicə və xəstələrin idarə edilməsi ilə bağlı texnologiyalar işlənib hazırlanıb", - rusiyalı nazir deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərinin olduğu təyyarə Cənubi Afrikaya göndərilmişdi.

Mütəxəssislərin qayıdışından sonra verilən açıqlamada “Omicron” ştamına yoluxub peyvənd olunmamış şəxslərin ağır xəstəliyə tutulduğu vurğulanıb:

“Xəstəlik peyvənd olunmamış insanlarda və xüsusilə yaşlılarda ağır keçir, peyvənd edilmiş və yoluxub sağalmış insanlarda daha yüngül olur”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!