Ömrü uzadan meyvə şirəsi

saytların hazırlanması

Evə çatdırılma

Ömrü uzadan meyvə şirəsi

Sağlamlıq

21 Yanvar 2021 09:56 1302


Tədqiqat nəticəsində elm adamları insan ömrünü uzadan meyvə şirəsini müəyyən ediblər.

Yenisabah.az xəbər verir ki, araşdırmalara görə, nar şirəsi nəinki ömrü uzadır, eyni zamanda xərçəngin yaranma riskini də azalda bilər.

Beləliklə, mütəxəssislər tərəfindən meyvə milçəkləri üzərində aparılan təcrübə nəticəsində məlum olub ki, nar şirəsi erkək milçəyin ömrünü 18 faiz, dişi milçəyin ömrünü isə 8 faiz artırmasına kömək edir. Toyuqlu pizza

Bu şirəni içən digər böcəklərin gün ərzində fiziki cəhətdən daha aktiv olduqları da qeyd olunub.

Mütəxəssislər bildirib ki, nar suyunda hüceyrələrdəki mitokondrialın funksiyanı yaxşılaşdıran urolitin A adlı maddə mövcuddur.

Mitokondrialın funksiyasının yaxşılaşması isə bədənin qocalma prosesini ləngitməyə kömək edir. Bundan əlavə, nar şirəsi ürək xəstəlikləri riskini də azaldır. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!