Ondan 3 gün sonra prezident də istefa verdi - Təbriz klubunda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Ondan 3 gün sonra prezident də istefa verdi - Təbriz klubunda nə baş verir?

İdman

10 Dekabr 2019 06:52 1275


Təbrizin "Traktor" klubunun prezidenti Qulam Rıza Sadiqian istefa verib.

"Yeni Sabah" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sadiqian qərarını Mustafa Denizlinin gedişindən 3 gün sonra söyləyib. O, bəzi futboldankənar insanların "Traktor"un uğurlarına mane olduqlarına görə bu addımı atıb:

"Bu klub xaricdən təsirlərə məruz qalır. "Traktor"un oyun nəticələrinə kənardan təsir edilir. Artıq burada çalışmaq mənim üçün çətindir". pizza mizza

Qeyd edək ki, "Traktor" klubu 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!