“Onlar dindar yox, dini dar olanlardır”   - “Xurafatı təmsil edirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Onlar dindar yox, dini dar olanlardır” - “Xurafatı təmsil edirlər”

Maraqlı

17 Yanvar 2022 13:15 1860


“Aktyor Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” filminin İslama qarşı olduğunu iddia ediblər. Yaxşı ki, xristianlar bunu Yuhanna İncilində təsvir edilən İsanın sonuncu şam yeməyi ilə əlaqələndirib bum qaldırmayıblar. Lap yaxşı ki, rəssamlar da Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” ilə əlaqə qurub çəkdikləri rəsm tablolarını yandırmayıblar”.

Yenisabah.az xəbər verir ki, ilahiyyatçı Elşad Miri bir-neçə gündür dindarların tənqid hədəfinə çevrilən “Sonuncu şam yeməyi” filmi haqqında fikirlərini səsləndirərkən belə deyib.

“İslam “mücahidləri” Rəcəbovun “Sonuncu şam yeməyi” filminə qarşı çıxıblar. Etiraz ediblər. Etirazlarını İslamla əlaqəli düzgün film çəkərək nümayiş etdiriblər, desəm yalan olar. Çünki bu cür aktyorları yoxdur. Çünki bu cür ssenaristləri yoxdur. Çünki onlar dindar yox, dini dar olanlardır. Çünki onlar dinin yox, mövhumatın, xurafatın təmsilçiləridirlər. Sezar pizza

Əlixan Rəcəbovu tanımasam da, filmlərinə baxmışam. İnsanı vicdanıyla üzləşdirən məqamlarının çox təsiredici olduğuna şahid olmuşam. Lakin vicdanın nə olduğunu bilməyənlərin və onların nümayəndələrinin inhisarçılığına maarifləndirici sehirli çubuqla müdaxilə etməsinin etirazlara səbəb olacağı gözlənilən idi. Çünki burada uzun illərdir insanların cavab axtardığı, lakin mənasını və məntiqini başa düşmədikləri bir çox məsələ (altı yanmasın kimi...) kinayəli tərzdə nümayiş etdirilir.

Aktyorun etirazlara cavab yazması isə cəmiyyətin dindar anlayışının intellektual “səviyyə”sinin üzərinə düşən asteroiddir. “Arzulayıram ki, heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın” sözləri əslində, çox ağır və tikanlıdır. Filmin mistikasını, məğzini açdırmaq yaradıcı insana ağır zərbədir.

Sekulyarlaşan dünyamızda, kapitalizm nəzərindən yanaşılan münasibətlərdə aktyorun ölümü xatırlatması və bunu da müxtəlif çalarla göstərməsi möhtəşəm yanaşmadır. Mollalığı müasirləşdirməsi, fars ləhcəsini ruslaşdırıb təqdim etməsi bir sözlə alqışlanacaq məqamlardır.

Əlixan Rəcəbova çəkinmədən, hansısa din xadiminin iradlarına əhəmiyyət vermədən cəmiyyətdəki bu və digər mövhumatı, xurafatı işıqlandırmağa davam etməsini arzu edirəm. Bilsin ki, heç İslamda din xadimi anlayışı, peşəsi də yoxdur.

Şeyx nəsrullahların qarşısında kefli isgəndərlər kimi əzilərək tərki-dünya olmaq deyil, Makedoniyalı İsgəndər kimi cəsarətli olmaq lazımdır.

Filmdə əməyi keçən hər kəsi, başda Əlixan Rəcəbovu, Taleh Yüzbəyovu, Bəhram Bağırzadəni və digər qəhrəmanları təbrik edirəm!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • BKM
    Film reallığı əks etdirir.
    4 years ago