“Onlar Ermənistanı hazırkı uçurum vəziyyətinə gətirənlərdir“ - Ceyhun Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Onlar Ermənistanı hazırkı uçurum vəziyyətinə gətirənlərdir“ - Ceyhun Bayramov

Siyasət

10 May 2022 11:46 215


“Məsələnin görünən tərəfi odur ki, etiraz aksiyalarını təşkil edən şəxslər məlumdur. Onlar uzun illər ərzində erməni xalqına yalan vədlər verən və ölkəni hazırkı uçurum vəziyyətinə gətirən şəxslərdir". 

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında son günlər Ermənistanda baş verən prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, həmin şəxslər Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə aktuallıqlarını qorumaq istəyirlər: "Biz baş verən prosesləri izləyirik. Həmin qüvvələrə ictimai dəstəkdən söhbət gedə bilməz. Onların arxasınca gedənlər ən yaxşı halda 5-6 min nəfərdir. Artıq xalq onların yalan vədlərinə inanmır".  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!