Gəncə şəhəri "Mahsara bağları" adlanan ərazidəki avtomobil təmiri sexində meyiti tapılan 15 yaşlı oğlan Elgün İbrahimovla eyni məktəbdə oxuyub.
Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.
Onun təmir sexində, qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib. Dominos pizza
Hadisə ilə bağlı şəhər prokurorluğu araşdırma aparır.
Ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı.
Telegram kanalımız