Onlar insanlara həyatı zindan edirlər - Ən zəhlətökən bürclər 

saytların hazırlanması

Evə çatdırılma

Onlar insanlara həyatı zindan edirlər - Ən zəhlətökən bürclər 

Maraqlı

13 Sentyabr 2023 17:30 910


Astrologiya insanların xarakter xüsusiyyətləri və bürc əlamətləri haqqında çoxlu məlumat verir. Bəzi insanlar bir çox mövzuda qərarlarını, həyat tərzlərini eləcə də münasibətlərini bürclərə görə təyin edib, ona uyğun formalaşdırırlar. Bu elmə görə, bəzi bürclər qısqanclıqları və toksikliyi ilə dözülməz ola bilirlər. 

Yenisabah.az həmin bürcləri təqdim edir: 

Şir  pizza

Şir bürcündən olan insanlar şən və ünsiyyətcildirlər. Onlar tanımadıqları şəxslərlə belə ünsiyyət qurmağı və dostları ilə vaxt keçirməyi sevirlər. Evdə olmaq onlar üçün maraqlı deyil. O, münasibətlərində həmişə əylənmək və xoş vaxt keçirmək istəyir. Ancaq şir bürcü insanları evləndikdən sonra dəyişə bilərlər. Belə ki, şirlər bəzən öz eqoist davranışları ilə həyat yoldaşlarını qəzəbləndirə bilirlər. Şir bürcü ilə evləndiyiniz zaman onların tənbəl və eqoist tərəfi ilə bir gün mütləq qarşılaşacaqsınız. 

Oğlaq

Oğlaqların stabil təbiətə sahib olduğu düşünülsə də, evləndikdə tamamilə fərqli insana çevrilə bilərlər. Oğlaqlar sevgili olduqları müddət ərzində heç vaxt partnyorlarını məhdudlaşdırmır və onları sərbəst buraxırlar. Lakin evləndikdən sonra yavaş-yavaş qısqanc və zəhlətökən tərəflərini göstərməyə başlayırlar. Onlar zamanla həyat yoldaşlarına hakim olmaq istəyirlər. Oğlaq kişiləri və qadınları bu mövzuda eyni xüsusiyyətləri nümayiş etdirirlər. Onların qaydaları ilə yaşamağa çalışmaq bir müddət sonra həyatınıza mənfi təsir göstərə bilər. Bundan əlavə, işgüzar oğlaqlar şəxsi münasibətlərinə bir müddət sonra laqeyd yanaşırlar. 

BALIQLAR 

Balıqlarla gözəl sevgi yaşaya bilərsiniz. Onların qəlbi həssasdır və balıqla münasibət qurmaq çox xoşdur, çünki onlar emosional və romantikdirlər. Ancaq balıq bürcü ilə evləndiyiniz zaman onlar sizi dəyişdirməyə çalışa bilərlər. Bəzənsə onun emosionallığına və həssaslığına dözmək çox çətin ola bilər. Balıqların hər şeyə davamlı küsməsi ünsiyyətinizi çətinləşdirə bilər. 

ƏKİZLƏR 

Əkizlər bürcü flört etməyi sevir. Onlar tək bir insana sadiq qalmaqda çox çətinlik çəkirlər. Əkizlər  yeni insanlarla tanış olmaqdan və ünsiyyətdən zövq alırlar. Onlarla tanışlıq dövründə çox əyləncəli vaxt keçirə bilərsiniz, ancaq evləndikdə böyük ehtimalla, sizə sadiq qala bilməyəcəklər. Onun fikri həmişə başqalarının üzərində olacaq. Çünki əkizlər flörtə həmişə oyun kimi baxır. Bu vəziyyət bir müddət sonra evliliyinizə zərər verəcək. 

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!