“Onlar Rusiya və İran ordusunun hərəkətini izləyəcək“ - Matevosyan

saytların hazırlanması

Evə çatdırılma

“Onlar Rusiya və İran ordusunun hərəkətini izləyəcək“ - Matevosyan

Rəsmi

21 Fevral 2023 10:21 1193


“Avropa İttifaqınının yeni müşahidə missiyasında Avropa ölkələrinin polis qüvvələrinin nümayəndələri öz peşəkar bacarıqlarından istifadə edərək Rusiya və İran qoşunlarının hərəkətini müşahidə etmək üçün Ermənistana gəlir”. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu fikirləri “Polytekonomy” tədqiqat institutunun politoloqu Beniamin Matevosyan bildirib. 

O deyib: “Silahlı olub-olmamasından asılı olmayaraq, başa düşdük ki, onlar ilk növbədə, rus qoşunlarının hərəkətinin qeydə alınması ilə məşğul olacaqlar. Həmçinin, beynəlxalq münasibətlərdəki mövcud vəziyyəti, habelə illər əvvəl Ermənistanda İranla sərhədimizin nə vaxtsa bağlana biləcəyi ilə bağlı bəyanatı nəzərə alsaq, onların İranı müşahidə etməyə gəlmələri məntiqlidir”. Toyuqlu pizza

Xatırladaq ki, fevralın 20-dən etibarən Avropa İttifaqının mülki müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan ərazisində fəaliyyətə başlayıb .

Həmin münasibətlə Avropa İttifaqı Şurasının mesajında bildirilirdi ki, Aİ-nin missiyası Ermənistanda ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində həyata keçiriləcək.

Missiya 2 il müddətinə planlaşdırılıb və onun tərkibinə 100-ə yaxın mülki şəxsi daxildir, onlardan 50-si silahsız müşahidəçidir.

Rusiya sülhməramlılarının missiyasının başa çatmasına daha 2 il qaldığını xatırladan politoloq Aİ missiyasının müddətini də təsadüf saymır.

“İstisna etmirəm ki, növbəti 2 il 2018-20-ci illərin təkrarı olacaq, yəni sərhəddə nisbi sakitlik olacaq, Aİ müşahidəçiləri bizə sülh gətirəcək və s.

Ümumiyyətlə, “Artsax”da sülhməramlılara ehtiyac yoxdur və rus ordusu burada artıq lazım deyil. Bununla yanaşı, onlar sülh müqaviləsinə öz istəklərini daxil etmək istəyirlər. Mənə elə gəlir ki, Rusiya sülhməramlılarının əvəzinə Stepanakertdə (Xankəndi) ATƏT-in milli azlıqlar üzrə komissarının ofisi olacaq və biz bununla məhdudlaşacağıq”.

Politoloq Rusiyanın bölgədəki mövcudluğunun aradan qaldırılmasından sonra 2020-ci ildə baş verən müharibənin, yaxud buna bənzər hər hansı bir qarşıdurmanın təkrarlanacağına inanmır.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistana yeni müşahidə missiyası göndərmək qərarı yanvarın 23-də açıqlanıb. Brüsselin ideyasına görə, 100 nəfərlik və iki illik missiya Ermənistanın sərhədyanı rayonlarının sabitliyinə yardım etməli, yerlərdə etimad mühiti yaratmalı və Aİ-nin Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmaq səylərinə töhfə verməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!