Onlar üçün bina tikiləcək –   Prezidentdən qərar

saytların hazırlanması

Evə çatdırılma

Onlar üçün bina tikiləcək – Prezidentdən qərar

Sosial

11 İyun 2019 16:19 1050


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.63-cü bəndində göstərilmiş vəsaitin azaldılan hissəsinin ayrılması haqqında sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncama görə, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.63-cü bəndində göstərilmiş məbləğin 300 min manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Pepperoni pizza

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!