Azərbaycanda xəbər portallarına maliyyə vəsaiti ayrılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Bildirilib ki, MEDİA tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri məlumdur. pizza hut
Ümumilikdə 39 sayta maliyyə vəsaiti ayrılıb. Onlardan 34-ü ictimai-siyasi, 5 isə sahəvi - idman saytlarıdır.
Maliyyə yardımı ayrılanlar arasında “Yeni Sabah” xəbər portalı da var.
Həmçinin Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri açıqlanıb. Ümumilikdə 16 qəzetə maliyyə ayrılıb. Qəzetlərin həftədə bir nüsxəsi maliyyələşdiriləcək.
Telegram kanalımız