Onlayn mediaya dair standartlar hazırlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Onlayn mediaya dair standartlar hazırlanacaq

Maraqlı

09 Dekabr 2021 12:17 727


“Strateji planlaşdırma istiqamətində də iş gedir. Onlayn media sahəsində reklam işinin optimallaşdırılması və potensialının gücləndirilməsi istiqamətində xüsusi layihə konsepti – MediaAd hazırlanacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, onlayn mediada standartlar da hazırlanacaq. Toyuqlu pizza

Ə. İsmayılov qeyd edib ki, bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar media subyektlərin fəaliyyətinə mənfi təsir edir: “Peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilir. Biz cəmiyyətimizi çaşdırıcı informasiyalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!