Onlayn ticarət mağazaları sıradan çıxaracaq? – “Bu, günümüzün reallığıdır”

saytların hazırlanması

Evə çatdırılma

Onlayn ticarət mağazaları sıradan çıxaracaq? – “Bu, günümüzün reallığıdır”

İqtisadiyyat

13 Dekabr 2024 13:34 991


Azərbaycanda son illər onlayn alış-verişdən istifadə xeyli genişlənib. Artıq müştərilər əlavə vaxt itirmədən istədikləri məhsulu sadəcə bir toxunuşla sifariş verə bilirlər. Bu, bir çoxlarının fikrincə, ənənəvi ticarətin zamanla sıradan çıxmasına və tənəzzül mərhələsinə qədəm qoymasına səbəb olacaq.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, onlayn ticarətçilərin ənənəvi sahibkarlardan ən böyük fərqi odur ki, onların xərcləri olduqca azdır:

“Dünyada onlayn ticarət artıq 15 ildir geniş vüsət alıb, amma Azəbaycanda yeni-yeni dəbə minir. İnsanlar son illər bu alış-veriş formasını öyrənirlər.  Dominos pizza

Ənənəvi ticarətin xərcləri həddən artıq çoxdur. Onlar çox zaman icarə və anbar xərci verir, kommunal xidmətlərlə bağlı ödənişlər edirlər. Digər tərəfdən, mağazalar daha çox işçi saxlamağa məcbur qalırlar.

Onlayn ticarətin üstünlükləri odur ki, sadalanan xərclərdən kənarda fəaliyyət göstərirlər. Ona görə də mənə elə gəlir ki, ticarətin formatı dəyişəcək. Dünyada necədirsə, Azərbaycanda yavaş-yavaş elə olacaq”. 

Ekspertin fikrincə, sahibkarlar dövrün tələbləri ilə ayaqlaşmalıdır:

“Buna görə sahibkarlar ticarətin onlayn qolunu inkişaf etdirməlidir.

Yeri gəlmişkən, bu artıq Azərbaycanda nəzərə çarpır. Məsələn, sosial şəbəkələr, ən çox da “Instagram” vasitəsilə satış həyata keçirən kiçik və orta sahibkarların sayı günbəgün artır. Bu, günümüzün reallığıdır və məncə, yaxın gələcəkdə iri ticarət obyektləri artıq lazımsız olacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!