“Onu ittiham etmişəmsə...” - Tolikdən baş həkimə cavab

saytların hazırlanması

Evə çatdırılma

“Onu ittiham etmişəmsə...” - Tolikdən baş həkimə cavab

Şou

02 Noyabr 2019 10:45 1652


Xəbər verdiyimiz kimi, Sabunçu rayonu 3 № li Şəhər Klinik Xəstəxanasının Baş Həkimi Fikrət Zeynalov açıqlamasında prodüser Tarix Əliyevlə (Tolik) bağlı prokurorluğa müraciət etməyə hazırlaşdığını bildirib. O, Toliki Hüseynov Xəlqi Vəlixan oğlunun ölümü ilə bağlı paylaşdığı videoya yazdığı şərhə görə günahlandırıb. 

Məsələ ilə bağlı Tarix Əliyevlə (Tolik) əlaqə saxladıq. “Yeni Sabah”a danışan aparıcı bu problem işıqlandırmaqla səhv iş görmədiyini düşündüyünü deyib:

“Canı sağ olsun. Azərbaycan respublikasının hər birimiz vətəndaşıyıq. Mən Fikrət müəllimə nə deyə bilərəm ki? Əgər mən nədəsə Fikrət müəllimi ittiham etmişəmsə, onun haqqı var. Amma mənim yazılarımın heç birində Fikrət müəllimin adı yoxdur. Birincisi, orada mən yox, vətəndaş şikayət edib. Ona görə də nə deyə bilərəm. Fikrət müəllim baş həkimdir, vətəndaşdır, həmçinin də mən bu ölkənin vətəndaşıyam, aparıcıyam, jurnalistəm və səhifəm sosialdır. Məncə, bunu paylaşmışamsa, elə bir qəbahət iş görməmişəm”. pizza sifarişi

Xatırladaq ki, Tolik Sabunçu xəstəxanasının həkim kollektivinin dəyişdirilməsini tələb edib. O, oğlu ölən atanın fəryadını sosial şəbəkədə paylaşaraq Sabunçu rayonu 3 № li Şəhər Klinik Xəstəxanasını, orada çalışan həkimləri sərt tənqid edib.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!