OPEC + daxili sənədlərindən məlum olub ki , may, iyun və iyul ayları ərzində Alyans iştirakçıları müəyyən edilmiş gündəlik hasilat kvotalarından 2,3 mln. barel artıq neft hasil ediblər”.
Yenisabah.az xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. O qeyd edib ki, neft bazarlarının tənzimlənməsi nöqteyi-nəzərindən OPEC+ ən doğru formatdır:
“Kəsintilərlə bağlı iştirakçı dövlətlərin (OPEC və qeyri-OPEC) bazar şərtlərini müəyyən etməyə sorumlu olan Birgə Texniki Komissiyaya təqdim etdikləri statistik göstəricilərlə OPEC+ cəlb etdiyi alternativ nəzarət strukturlarının və digər müstəqil mənbələrin təqdim etdikləri hasilat göstəriciləri arasında fərqlər mövcud idi. Bütün bunlara baxmayaraq, neft bazarlarının tənzimlənməsi nöqteyi-nəzərindən OPEC+ ən doğru formatdır və Alyans iştirakçıları bu formatı növbəti illərdə də qoruyub saxlamalıdırlar. Çünki OPEC neft bazarlarının tənzimlənməsində effektiv fəaliyyət göstərə bilmir və onun hazırki mandatı və strategiyası mövcud bazar şərtlərinə adekvat deyil. Bir sözlə, OPEC-də dərin struktur islahatları aparılmalıdır və yeni mandat altında fəaliyyət göstərməlidir”. pizza
Telegram kanalımız