Öpüşərkən ehtiyatlı olun: Virusa yoluxa bilərsiniz!

saytların hazırlanması

Evə çatdırılma

Öpüşərkən ehtiyatlı olun: Virusa yoluxa bilərsiniz!

Sağlamlıq

08 Yanvar 2021 15:33 1099


Yer kürəsi əhalisinin 80%-də mövcud olan, çox hallarda orqanizmdə gizli qalan herpes virusu bir gün oyanaraq insanın ömrünü cəhənnəmə çevirə bilər.

Yenisabah.az bildirir ki, daha çox üzdə, dodaq kənarında və cinsi orqanlarda uçuqlama, ağrılı səpki ilə büruzə verən herpesin gözlərdə, daxili orqanlarda, başda, burunda olma faizi də çoxdur.

Medicina.az-ın yazdığına görə, herpesin ağırlıq dərəcəsinə görə 7 növü var. Bu gün tibb herpesi yalnız simptomatik müalicə edir, bu virusu orqanizmdən tam təmizləmək mümkün deyil. Herpes heç də adi dodaq uçuqlaması demək deyil. Onun insanı ölüm həddinə çatdıran daha təhlükəli növləri var. Toyuqlu pizza

Herpes ailəsi virusları nəinki insanı, heyvanları və planetin digrə canlılarını da yoluxdurur.

İnsanlar arasında yayılmış 7 tip virusin ən sadəsi I tipdir. Bu herpes ağız və burunun selikli qişasında çıxır. II tip genital nahiyələrdə çıxır. III tip uşaqlarda yayılır və suçiçəyi ilə çıxır. V tip Sitomeqalovirus infeksiyasıdır, daha təhlükəlidir. Ən ağır növü sarkoma, kimfoma kimi bəd törəmələrin yaranmasına səbəb ola bilir.

Herpesin simptomları: dəri və selikli qişanın zədələnməsi, qabarcıqların yaranması, yanma hissi, qızdırma, qaşınma, halsızlıq.

Suçiçəyindən sonra virus oyadıcısı ömürlük olaraq bədəndə qalaraq, immunitet tərəfindən tənzimlənir. Əgər immunitet zəifləsə və virus aktivləşsə, o herpes zosterlə üzə çıxır. Bu, qızılcadan da ağır növdür. Səpkilər kürək və qabırğa nahiyəsində, sinir uclarında çıxır. Onlar ağrılı, qaşıntılı olub, sonrada partlayır. Bu mərhələdə pasiyent ətraf üçün təhlükəlidir, yoluxdura bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!