Oqtay Əliyevə həsr edilən film təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əliyevə həsr edilən film təqdim olundu

Şou

19 İyun 2023 12:27 697


İyunun 18-də mərhum Əməkdar incəsənət xadimi Oqtay Əliyevə həsr edilən film təqdim olunub.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, Nizami Kino Mərkəzində gerçəkləşən “Müasir televiziyanın ocağı” adlı layihənin təqdimat mərasimində tanınmış şəxslər yer alıb.

Gecədə Xalq artistləri Murad Dadaşov, Mehriban Zəki, mərhumun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva, aktyor Vüsal Murtuzəliyev, prodüser Fariz Əliyev və başqaları iştirak edib. pizza hut

Layihədə Xalq artistləri Vaqif Mustafayev, Afaq Bəşirqızı, Zülfiyyə Xanbabayeva, ATV-nin rəhbəri Azər Xəlilov və digər şəxslər O.Əliyev haqda fikirlərini səsləndirib.

Filmin ideya və ssenari müəllifi Fariz Əliyev, rejissorları İsmayıl və Kənan Zeynalovlardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!