“Oraya necə buraxması sual doğurur” – Deputat Ata Abdullayevdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Oraya necə buraxması sual doğurur” – Deputat Ata Abdullayevdən danışdı

Siyasət

22 Noyabr 2019 08:21 1147


“Bu gün bir neçə nəfər mənə yazaraq Ata Abdullayev haqqında fikrimi soruşdular. Belə bir adam tanımıram və xaricdə beynəlxalq tədbirdə olduğuma görə nə məsələ olduğundan xəbərsiz idim”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistan Baş naziri Nikol Paşinyana sual verməsi ilə bağlı bu sözləri qeyd edib:

“Bir qədər əvvəl, boş vaxt olan kimi internetdə onunla bağlı məlumat axtardım və məlum videoya rast gəldim. Dördpendirli pizza

Hazırlıqsız bir insanın və ancaq ermənilərdən ibarət olan bir auditoriyada belə hərəkəti yolverilməzdir. Belə özfəaliyyət hərəkətlərinə ölkəmizin ehtiyacı yoxdur. Eyni zamanda Ermənistan rəhbərinin şəxsi mühafizəsinin adı siyahıda olmayan, kimliyi və məqsədi bilinməyən birinin sərbəst şəkildə kilsə içərisinə necə buraxması da sual doğurur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!