Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib

saytların hazırlanması

Evə çatdırılma

Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib

Hadisə

20 May 2025 15:08 354


Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qaya uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayanıb. Dördpendirli pizza

Hadisə ilə əlaqədar dərhal əraziyə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin əməkdaşları cəlb olunublar.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!