Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 20 sm-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 20 sm-ə çatdı

Sosial

11 Dekabr 2025 12:58 400


Ordubad rayonun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 20 sm-ə çatıb.

"Yeni Sabah" xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur. pizza sifarişi

Dekabrın 10-u və 11-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 5, Küküdə (Şahbuz) 6, Biçənəkdə (Şahbuz) 9, Şərurda 5, Axurada (Şərur) 5, Ordubadda 8, Parağaçayda (Ordubad) 16, Culfada 6, Göydərədə (Culfa) 7, Kəngərlidə 9, Sədərəkdə isə 6 mm olub.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) 20, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Batabat ərazisində isə 2 sm qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!