Ordumuz döyüş təyyarələrini havaya qaldırdı - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz döyüş təyyarələrini havaya qaldırdı - VİDEO 

Maraqlı

25 Avqust 2023 12:44 557


Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər icra olunub.  Sezar pizza

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!