Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - AÇIQLAMA

Rəsmi

26 Noyabr 2020 15:47 2812


Ermənistana verilən 10 günlük əlavə möhlət bitdiyi andan- noyabrın 25-dən Azərbaycan Ordusu iki istiqamətdən Kəlbəcərə daxil oldu. Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, əsgərlərimiz hərbi texnika ilə birlikdə Daşkəsən və Göygöl istiqamətindən Kəlbəcər ərazisinə girib. Amma Kəlbəcərlə həmsərhəd olan Ağdərə istiqamətindən giriş daha rahat olduğu halda, bu yolun istifadə edilməməsi mübahisələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Modern.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, hansı istiqamətdən hansı qüvvələrin daxil olması planlı şəkildə ordu rəhbərliyi tərəfindən müəyyənləşdirilib:

“Biz bilmirik, burada hansı amillər daha böyük rol oynayır. Murovdağdan oraya yol daha yaxındır, nəinki Ağdərə istiqamətindən. Ola bilər ki, orada olan hərbi hissələr o istiqamətdədir, yaxın olduğu üçün oranı seçiblər. Hər hansı bir tapşırığı yerinə yetirərkən oraya təsir edən optimal bir variant axtarılır. Dominos pizza

Ağdərə yolundansa, Daşkəsən və Göygöl tərəfindən Murovdağ silsiləsinə gedən yol daha əlverişli sayılır. Ağdərə istiqamətində yerləşən hərbi hissələr Kəlbəcərə getməli olsaydı, o yolu seçərdilər. Bizim əvvəlki təmas xəttindən Kəlbəcərə 30-40 km yol var. Ağdərə yolu seçilsəydi, 200 km yol getməli idik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!