Azərbaycanın tarixi torpaqlarını azad etmək uğrunda mücadilə rəşadətli ordumuza xalqın dəstəyi davam edir. Hər gün müxtəlif vətəndaşlar cəbhə bölgəsinə yardım aparır. Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər də bu trendə qoşulub.
Yenisabah.az xəbər verir ki, onlardan biri də “T-finance LTD” MMC-dir.
2013-cü ildə fəaliyyətə başlamış "T-finance LTD” MMC neçə illərdir ökəmizdə müxtəlif növ qida məhsullarının istehsalı ilə məşğuldur. Şirkət bu il may ayının 10-da yeni tikiş müəssisəsinin açılışını edib. Pepperoni pizza
Şirkətin icraçı direktoru İlahə İlyasova saytımıza bildirib ki, tikiş müəssisəsi cəbhə bölgəsinə yataq dəstələri, müxtəlif geyimlər göndərir. “Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsilə bağlı qətiyyətli mövqe bütün xalqımızı o cümlədən bizi qələbəyə ruhlandırıb. Bunun üçün əlbəttə ki, ilk növbədə biz cənab Prezidentin ətrafında sıx birləşməli, bu məsələdə ona, eyni zamanda silahlı qüvvələrimizə hər cür dəstək verməliyik. Biz də şirkət olaraq belə qərara gəlmişik ki, cəbhə bölgəsinə yardım paketləri göndəririk və bu proses artıq başlayıb. Eyni zamanda müəssisəmizin Qarabağ bölgəsinə yaxın ərazidə filiallarını açmağı, oradakı vətəndaşlarımızın işlə təmin etməyi düşünürük. Hələlik planda ilk filialın açılışını işğaldan azad edilən Cocuq Mərcanlıda açmağı planlaşdırırıq”, - deyə İlahə İlyasova bildirib.
İcraçı direktor bildirib ki, Qarabağda savaş bitənə qədər şirkət silahlı qüvvələrə yardımını əsirgəməyəcək: “Azərbaycanın tarixi ərazilərini işğaldan azad etmək uğrunda qəhrəmancasına döyüşən əsgərlərimizə yardım etmək hər bir vətəndaşın vicdan borcudur. Biz də bunu özümüzün vicdan borcu hesab edirik. Ona görə də yardımlarımız dayanmayacaq. Müharibə bitənə qədər orduya dəstəyimiz davam edəcək”.
Telegram kanalımız