Ordumuzun gizirinə prokurorluqda zorakılıq edilib?   - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ordumuzun gizirinə prokurorluqda zorakılıq edilib? - Rəsmi açıqlama

Maraqlı

05 Noyabr 2021 15:59 2691


Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb. 

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, həmin videomüraciətlə əlaqədar bildirilir ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi  başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunaraq, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!