"Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında mühüm rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprelindəki əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt ünvanına on minlərlə müraciət daxil olub".
Yenisabah.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
"Bu günədək Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmalıdır", - deyə V.Dərgahlı qeyd edib. pizza mizza
Telegram kanalımız