“Noyabrın 10-da imzalanan sənəddə 4 yerdə "Dağlıq Qarabağ" sözü keçir, mətnin məntiqində isə həmin sözün tək coğrafi anlamda işlənmədiyi görülür. Biz imza atdığımız sənədi yaxşı öyrənmədik, həmən eyforiyaya qapıldıq. Sonra da "Niyə Rusiya "sülhməramlıları" Araiklə görüşür", "Niyə görüş otağında qondarma qurumun bayrağı var", "Nədən Rusiya Prezidenti qurumlararası yeni mərkəz yaradır", "Nə səbəbə həmin fərmanla Rusiya kommunikasiyalar inşa edəcək, qaçqınları İrəvandan Xankəndinə gətirir",- kimi suallar veririk, çünki imzalanan sənəd bunun üçün azacıq əsas yaradır, Kreml isə o az əsası böyük təmələ çevirir”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, qeyd edib ki, dekabrın 2-dək ehtiyat tədbirləri görməklə gözləmək lazımdır:
“İndi nə etməli?! Hər 3 rayondan Ermənistan ordusu çıxmalıdı, bunun başqa alternativi yoxdur. Çünki ortada Putinin və Kremlin reputasiyası var, çox qısa zamanda bunu xərcləsələr, bütün bölgəni itiricəklər, zatən Ermənistanda mövqelərini itiriblər, hakimiyyətə öz adamlarını gətirə bilmirlər, bizdə isə cəmiyyətin təməldən Şimala güvəni və Moskvadan pozitiv gözləntisi olmayıb. İmzalarını yerinə yetirməsələr, Azərbaycanı da birdəfəlik itirəcəklər”. pizza sifarişi
Telegram kanalımız