Orxan Mürsəlov kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Orxan Mürsəlov kimdir? - DOSYE

Siyasət

12 Noyabr 2025 14:20 11364


Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə o, Göyçay Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib. 

“Yeni Sabah” Orxan Mürsəlovla bağlı önəmli faktları təqdim edir:

O, 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olub. 1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil alıb. Orxan Mürsəlov 2004–2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib. O, 2008–2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub, 2010–2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi alıb. Dominos pizza

Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mövsüm Mürsəlov
    Təbrik edirik. Uğurlu gələcək arzu edirəm.
    6 months ago