“Oskar”- da türk menyusu

saytların hazırlanması

Evə çatdırılma

“Oskar”- da türk menyusu

Sosial

28 Fevral 2019 22:27 959


“Oskar” mükafatlandırma gecəsində qonaqlara Türk yeməkləri təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, Türkiyə ortaq nəsillərin inteqrasiyası - “Turkey ONE” (T-ONE) dərnəyinin təşəbbüsü ilə “Oskar” mükafat gecəsində Türkiyənin ənənəvi ləzzətləri təqdim edilib. Gecədə dünyaca məşhur ulduzlar Türkiyə yeməklərindən dadıblar. 

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində gerçəkləşən 91-ci Oskar mükafatlandırma gecəsində dəvətlilərə təqdim olunan təamlar türk mətbəxinin zəngin irsinə məxsus olub. Bu təamlar 25 ildir Oskar mükafatlandırılma gecəsinin rəsmi başçısı olan  Wolfgang Puck Catering ilə birlikdə hazırlanıb. Türkiyənin tanınmış aşpazlarından olan Yiğit Mirzaoğlu və Cihan Kıpçakla birlikdə hazırladığı builki menyuda əsas yemək olaraq Qaziantep ərazisinə aid və badımcanla “Alinazik” təqdim olunub. Orada 500 illik Osmanlı sarayı mətbəxindən günümüzə qədər gələn və dalı yemək olan “Vişneli zeytin yağlı yapraq sarması”, Ege mətbəxindən Asma yarpağından hazırlanan  “Levrek” və Kayserinin ənənəvi “yağ mantısı” yer alıb. Gaziantepin “Kuru paxlavası” və 10 əsr əvvələ dayanan Osmanlı padşahının qonaqlarına təqdim etdiyi Osmanlı tərzli nar şərbəti ilə servis edilən “Damla sakkızlı muhallebi” da dünya ulduzlarına təqdim olunub.  Toyuqlu pizza

Ötən il isə Oskar mükafatlandırma gecəsində Adana kababı, içli köfte və kabak tatlısı menyunun ən məşhurları olmuşdu. 

T-ONE dərnəyinin rəhbəri Demet Sabancı Çetindoğan dərnəyin cəhdləri və uzun müzakirələr nəticəsində Qastronom Komitəsinin də həyata keçirdiyi işlər sayəsində bu il yenə Oskar mükafatlandırma gecəsində Türk mətbəxinin ənənəvi dadlarının təqdim olunmasından, eləcə də menyudakı çeşidlərin artırılmasından qürur duyduğunu ifadə edib.

Qeyd edək ki, 1929-cu ildən bu günə qədər keçirilən Oskar mükafatlandırılma gecəsində dünyanın məşhur rejissorların, prodüserlərin və aktyorlarının olduğu Hollivudun böyük rəhbərləri, moda ustaları qatılır. 200 fərqli ölkədə canlı olaraq yayımlanan və hər il milyonlarla izləyicini ekrana bağlayan “Oskar” müsabiqəsinin qalası dünya səviyyəli bir tədbirdir. Belə böyük layihədə Türkiyənin milli mətbəxinin təamlarının yer alması ölkənin marka dəyəri üçün önəmli bir addımdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!