Osman Gəncinski belə həbs olundu – Video

saytların hazırlanması

Evə çatdırılma

Osman Gəncinski belə həbs olundu – Video

Kriminal

23 Yanvar 2020 05:04 8071


Gəncədə kriminal aləmdə Osman Gəncinski kimi tanınan şəxs silahla saxlanıb. Onun evindən isə avtomat aşkarlanıb. 

Kəpəz rayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdanovun üzərində silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal Mərdanovun izinə düşən asayiş keşikçiləri onu saxlamağa müvəffəq olublar. 

Onun üzərində axtarış aparılan zaman ondan 1 ədəd qaz tapançası aşkar olunaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Mərdanovun yaşadığı evindən odlu silah, həmin silaha aid patronlar aşkarlanaraq götürülüb. Marqarita pizza

Saxlanılan Osman Mərdanov Rusiya Federasiyasında quldurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb və kriminal aləmdə "Osman Gəncinski" kimi tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!